Yekəbaş partkomu şillələyən Arif Quliyevi "Mozalan" necə xilas etdi

Bu gün, 00:03           
Yekəbaş partkomu şillələyən Arif Quliyevi "Mozalan" necə xilas etdi
Şamaxıda “Bəyin oğurlanması”nın çəkilişi üzüm yığımı zamanına təsadüf etdi. Partkom səsini qaldırdı ki, iş-gücü atmısınız film çəkirsiniz. Ona dedim ki, burda tanınmış aktyorlar var, asta danış. Sözümüz çəp gəldi, bir şillə vurdum. Qalmaqal yarandı. Elə bu günlərdə Eyvaz Borçalı Şamaxıya gəlmişdi. Dedi ki, Şamaxıdan çoxlu şikayətlər var, “Mozalan” üçün süjetlər çəkəcəm. Ondan xahiş etdilər ki, bəlkə bizi “Mozalan”a salmayasan. Cavab verdi ki, siz Arifdən əl çəkin, mən də sizdən", - Xalq artistimiz Arif Quliyev.
Qeyd edim ki, partkomu Arif Quliyevin əlindən Həsən Turabov xilas etmişdi.
Anar Tağıyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru