Tüfeyli və Qurbaninin şeirləri, Şah İsmayılın etnik kimliyinin aynası qismində

8-04-2026, 17:04           
Tüfeyli və Qurbaninin şeirləri, Şah İsmayılın etnik kimliyinin aynası qismində
Tüfeyli və Qurbaninin şeirləri, Şah İsmayılın etnik kimliyinin aynası qismində
- «Qoy var olsun TÜRKİ ZABAN, Şah Xətayi, Şah Xətayi»
XVI-XVII əsrlərdə istər Şərqdə və istərsə də Qərbdə yazılmış ədəbiyyatlarda Qızılbaş dövləti, onun dövlət başçılarının etnik mənsubiyyəti, kimliyinə aid kifayət qədər elmi əhəmiyyətli dil faktlarına da təsadüf edilir.
Məlum olduğu kimi, I Şah İsmayıl ana dilinə hörmət etmiş və bu dildə yazan şairləri, ozanları sevmiş, onları himayə etmişdir. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevmiş və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm etmişdilər.
Onlardan I Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün "mürşid-i kamili" adlandıran Dirili Qurban «Şah Xətayi» gəraylısında «Qoy var olsun TÜRKİ ZABAN, Şah Xətayi, Şah Xətayi» misraları, onunla eyni dövrdə yaşamış Tüfeylinin, Şah İsmayıla xitabən «Qılmazam vallahi TÜRKİ-TACİDARIM tərkini» deməsi Şah İsmayılın etnik kimliyinin bəlli aynası olub, doğma türk dilinə sevgisinin də parlaq təzahürüdür.
Zabil Bayramovun, "Səfəvi dövlətinin etnik mənsubiyyətinə dair" məqaləsindən
Milli Kimlik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru