Səfəvi aliminin dünyaca məşhur əsəri Osmanlıda, Hindistanda, Misirdə dərs kitabı olaraq oxudulurdu
10-04-2026, 11:14

Qızılbaş ölkəsində elmin inkişafı.
VII-X əsrlərdə Azərbaycanda, ümumiyyətlə, müsəlman şərqində dini və dini-fəlsəfi təlimlər(sxolastika və mistika) ilə yanaşı elmi fəlsəfənin olması bəşər fəlsəfəsi tarixi üçün böyük nəaliyyət sayılmalıdır.
Çünki feodalizm dövründə Qərb ölkələrində-xristian aləmində elmi fəlsəfə mövcud deyildi, orada "kilsə ehkamı hər cür təfəkkürün çıxış momenti və əsası idi".
Orta əsrlərdə elmlər dünyəvi və dini olmaqla iki yerə bölünürdü. Dünyəvi elmlərə adətən, "aqli elmlər" (əl-ulum əl-əqliyyə) dini elmlərə isə "ənənəvi elmlər" (əl-ulum il-nəqliyyǝ) deyilirdi.
Səfəvi hökmdarı Şah Təhmasib dövründə Bəhaddin Amuli (1622) adlı alimin yazdığı "Xulasatu'l Hesab" (Riyaziyyatın Xülasəsi) riyaziyyat kitabi bütün dünyada məşhur idi. Məhz bu kitab Osmanlı dövlətində, Hindistanda və Misirdə dərs kitabı olaraq oxudulurdu. Bu kitab ilk olarq G.H.Nesselman tərəfindən 1843 cü ildə Berlində Alman, A.Marre tərəfindən isə 1846-cı ildə Parisdə fransız dilinə tərcümə olunaraq nəşr olunmuşdur.
Məlum olduğu kimi XIX əsr riyaziyyatın Avropada çiçəkləndiyi dövrdür və məhz bu əsrdə bu kitabın Avropa dillərinə tərcümə olunması Azərbaycan məktəbinin uğurlarındandır.
İstinad: Dr. Rəşad İlyasov, "Osmanlı elm və mədəniyyətinə Azərbaycan töhfəsi" kitabından
Milli Kimlik

