Bu fakt, Qaraqoyunlu Türkman dövlətinin özlüyündə Azərbaycan dövləti olduğunu göstərməkdədir

Bu gün, 08:54           
Bu fakt, Qaraqoyunlu Türkman dövlətinin özlüyündə Azərbaycan dövləti olduğunu göstərməkdədir
Həmçinin burda bir bağlantı var:
1. Şah İsmayıl və qızılbaşları Gülüstan qalası önündə Azərbaycanın önəmini önə çəkir.
2. Eyni ilə Qaraqoyunlu bəyləri də məhz Azərbaycanı istəyir və tələb edirdilər.
Şənbi-Qazan döyüşündə Sultan Əhməd Cəlairinin ordusunu məğlubiyyətə uğradan Qaraqoyunlu Qara Yusifin adamları gecə vaxtı Sultan Əhmədi əsir alır və Qara Yusifin dərgahına gətirirlər.
"Əhsənüt Təvarixin" verdiyi məlumata görə Qara Yusif Sultan Əhmədə:
💬"Sənin sözünə və əhdinə güvənilməz. Bizə düşmənlik etməyəcəyinə dair dəfələrlə Quran üzərinə and içməyinə rəğmən düşmənliyi davam etdirdin" dedi.
O sırada Pir Budaq Xan məclisə girdi. Əmirlər, "Sənin ölkən Pir Budaq Xanın olur. Azərbaycanı Pir Budaq Xana təslim etmək üçün qızıl damğalı bir bərat (nişan) ver" dedikləri zaman öz əliylə bir bərat yazdı."
Bildiyimiz kimi Qaraqoyunlu dövlətinin memarı Qara Yusif olsa da rəsmi hökmdar, onun oğlu Pir Budaq Xan idi. Pir Budaq Xan Qara Yusifin keçmiş müttəfiqi Sultan Əhməd tərəfindən övladlığa götürülmüşdü. Əsalət bu yolla təmsil və davam yolu tutmuşdu. Çünki Qara Yusif özü, hər hansı Xan nəslindən deyildi. Leqal hakimiyyət üçün isə əsalət lazım idi.
Cəlairi Sultan Əhmədin Şənbi-Qazan müharibəsində məğlub edilməsindən sonra Qaraqoyunlu Bəyləri və Əmirlərinin ondan ilk olaraq Azərbaycanı istəməsi əslində çox önəmlidir. Şənbi-Qazan döyüşü Qaraqoyunlu dövlətinin rəsmi və hüquqi olaraq dövlət statusu qazandığı döyüşdür. Əsalət sahibi kimi taxtda oturan atasının oğlu Pir Budaq Xan isə bu yolla həm də Azərbaycan taxtına oturmuş olurdu.
Məğlub olaraq Azərbaycanı Qara Yusif oğlu Pir Budaq Xana təslim və təhvil verən qızıl tamğalı bərat verən Cəlairi Sultan Əhməd isə Pir Budaq Xanın Azərbaycan hökmdarı olduğunu leqal olaraq təsdiq edirdi.
Məmmədtağıbəy Nağıbəyov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru