“Lazım gələrsə ot yeyərik, amma bu nüvə bombasını hazırlayarıq.”

Bu gün, 10:14           
“Lazım gələrsə ot yeyərik, amma bu nüvə bombasını hazırlayarıq.”
İl 1974. Hindistan nüvə sınağı həyata keçirir.
Bütün Pakistan şok içindədir.
Xalq qorxur. Siyasətçilər çaşqındır.
Amma biri ayağa qalxır: Avropada yaşayan bir mühəndis.
Adı: Abdul Qadeer Khan.
Hollandiyada işlədiyi nüvə müəssisəsindən zənginləşdirmə sentrifuqalarının planlarını həyatını riskə ataraq əldə etməyi bacarır.‼️
Pakistana qayıdır.
Heç nə yoxdur. Nə laboratoriya, nə texnologiya, nə də avadanlıq.
Əbdülqədir bu sözlə yola çıxır:
“Lazım gələrsə ot yeyərik, amma bu nüvə bombasını hazırlayarıq.”
Kahutada səhranın ortasında gizli bir laboratoriya qurulur.
Pakistanlı mühəndislər və alimlər gecə-gündüz çalışırlar.
Xaricdən ağır embarqo vardır, lakin Pakistanın başqa çıxış yolu yoxdur.
Avadanlıqlar hissə-hissə gizli yollarla Pakistan agentləri tərəfindən ölkəyə gətirilir.
Hər uğurlu sınaqdan sonra laboratoriyada təkbir səsləri yüksəlir.
Çünki bu sadəcə bir nüvə bombası deyil, bir millətin şərəf savaşıdır. Başqa sözlə:
“Məhv edilməyəcəyik” deməyin elmi yoludur.
28 may 1998.
Pakistan Bəlucistanda yerin altında 5 nüvə bom..bası partladır.
Bütün dünya titrəyir.⁉️
Abdul Qadeer Khan kameralar qarşısında sadəcə bunu deyir:
“Bu zəfər millətindir. Mən sadəcə öz vəzifəmi yerinə yetirdim.”
Onun sayəsində Pakistan artıq nüvə çəkindiriciliyinə sahib olur.
Artıq heç bir qonşu və ya düşmən dövlət asanlıqla müharibə planı qura bilmir.
O gün Qadeer Khan sadəcə bir alim və ya mühəndis deyil,
millətin atası elan edilir.
Əziz ruhu şad olsun
Mahammad Babayev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru