Monqol gəlib Azərbaycanda dövlətin dilini türk dili eləyir?!
Dünən, 16:34

Türk donuna bürünüb başımıza müsibətlər gətirən xainlərə haqq qazandırmaq istəyənlər bizə nağıl danışırlar ki, guya o zamanlar danışıq dili fars dili olub, ona görə də dövlət dili fars dili olub.
Əgər belə olubsa, onda Azərbaycan ərazisində mövcud olmuş Azərbaycan Elxanilər dövlətinin dili niyə türkcə idi? Elxanilərin Səlcuqlarla, Osmanlı bəyliyi ilə yazışmaları türk dilindədir. Elxani məktubları türkcə, Səlcuqlu, Osmanlı məktubları isə farscadır.
Fars dili bu qədər dominant idisə, nə üçün sahəsi 3.750.000 km² olan Elxanilər dövlətində rəsmi və diplomatik müstəvidə türkcənin istifadəsi davam edirdi? Bəs onda Hülakü xan Elxanilər dövlətində niyə fars dilini deyil, türk dilini üstün tuturdu? Cavab çox sadədir: Hülakü xandan əvvəlki işğalçılar türk deyildi, Hülakü xan isə türk idi.
Bizə bu cür nağıllar danışmaqla bizi nə yerinə qoyursunuz, şərəfsizlər?
Bir də utanmadan, qızarmadan bizi Səlcuqların caynağından alan, dövlətimizin dilini türk dili edən, İzzəddin Həsənoğlular yetişdirən, yazılı ədəbiyyatımızı yaradan, Təbriz miniatür məktəbini yaradan, Təbrizdə Ərk qalası kimi abidə yaradan, Marağa Rəsədxanası kimi akademiya yaradan türkləri bizə monqol kimi təqdim edirsiniz. Bu azmış kimi, bir də işğalçı kimi təqdim edirsiniz.
Monqol gəlib Azərbaycanda dövlətin dilini türk dili eləyir?!
Azərbaycan coğrafıyası
TEREF

