Səfəvi dövlətinin rəsmi adı...
Bu gün, 17:34

Rusiya arxivlərində saxlanılan məktubda Rusiya hökmdarının deyil məhz Səfəvi elçisinin öz dövlətinin rəsmi adının necə olması açıq sürətdə özünü biruzə verir və bütün suallara nöqtə qoyur.
Səfəvi şahı I Səfinin elçisi, Xoca Rəhmətin 1630-1631-ci illərdə Rusiyada olduğu vaxta təsadüf edən, çar Mixail Fedoroviçin adına ünvanladığı məktubun tərcüməsi:
"Böyük hökmdar Mixail Fyodoroviç, Böyük Bəy, Ağ Xan!
Müraciət.
Qulların ən kiçiyi, zadəgan sarayının qirakyaraqı Xoca Rəhmət, ordusu ulduzlar qədər çox olan, tacı günəş kimi olan böyük hökmdarın nəzərinə çatdırır ki, bu ən kiçik qul, indi cənnətdə məskən salan hökmdarının əmri ilə bir qirakyaraq böyük hökmdarın yanına gəldi, sonra qışda Həştərxanda mərhum hökmdar (yəni Şah Abbas. - Tərcümə) üçün dəri, at dərisi və yağ alıb, onları Qızılbaş ölkəsinə (VİLAYƏTİ-QIZILBAŞ) göndərdi."
Beləliklə, rəsmi surətdə səfəvi təbəələrinin adından, dövlətin adını məktubda və ya fərmanda görmək istəyənlər üçün bu ən gözəl sübutdur.
Əlbətdə bu yeganə belə fakt deyil.
Mənbə: "Şərqin Yazılı Abidələri", 16-cı cild, 2019-cu il
Milli Kimlik

