Hindistanda İsmayıl Adilşahın Bicapur ordusunu Qızılbaş ordu geyiminə keçirməsini bilirdiniz?

7-05-2026, 12:34           
Hindistanda İsmayıl Adilşahın Bicapur ordusunu Qızılbaş ordu geyiminə keçirməsini bilirdiniz?
Hindistanda İsmayıl Adilşahın Bicapur ordusunu Qızılbaş ordu geyiminə keçirməsini bilirdiniz?Xatırladaq ki, mənbələr Adilşahlar Sultanlığı və ya Bicapur Sultanlığının əsasını qoymuş Yusif Adilşahın soyunun Ağqoyunlu türkmənlərinə dayandığını və Savə valisi Mahmudun nəslindən gəldiyini qeyd edir.
"Şiəlik Bidjapurda dəfələrlə dövlət dini elan edilmişdi. Bundan əlavə, İsmayıl Adil şah Səfəvilərin ordusunu nümunə götürərək Bidjapur ordusunda vahid forma tətbiq etmişdi — on iki dilimli al-qırmızı baş geyimi məcburi idi və bu, Qızılbaşlara açıq bir təqlid sayılırdı.
Şiə ideologiyası həm rəsmi, həm də gündəlik həyatın bütün sahələrinə nüfuz etmişdi və onun təsiri, hətta hökmdarın özü şiə olmadığı dövrlərdə belə hiss olunurdu. “Əli ibn Əbu Talib”, “Qulam Əli” (Əlinin qulu), “Qulam Əli Mürtəza” (Seçilmiş Əlinin qulu) kimi ifadələr Adilşahların sikkələrində həkk olunurdu; bu yazılara həmçinin şiə hökmdarların dövründə tikilmiş məscidlərdə də rast gəlinirdi. Şiə hakimlərinə xas olan “Naib-i Əli” (Əlinin nümayəndəsi) ifadəsi isə Adilşahların bütün fərmanlarında — istər şiə, istərsə də sünni dövrlərdə — geniş istifadə olunurdu.
Fars körfəzinə girişdə yerləşən Lar bölgəsində ilkin olaraq zərb edilən və “lari” adlanan fars sikkələri II Əli Adil şah tərəfindən qəbul edilmiş və onun dövründə gümüş lari zərbi başlanmışdı."
P.S. Görəsən Gürcüstanın pul vahidi sayılan "lari" ilə bir əlaqəsi varmı?
İstinad: "Diplomatic Relations of Deccan Sultanates", K. Kamble Moulappa. Gulbarga Universiteti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru