Türklərin Ata yurdu Azərbaycandan birinci köç m.ö 6000-3000 il öncə.
5-05-2026, 07:04
İkiçayarasından üzüyuxarı köç edən boylar m.ö.V minildə Güney Qafqazda (Leylatəpə, Böyük-kəsik, Soyuqbulaq, Texut, Berikldebi) xeyli iz qoymuş və buradan Quzey Qafqaza keçib orada Maykop kulturunun (m.ö. IV-III minil) yaranmasında iştirak etmişlər. Bu kulturun Ubeyd-Uruk arxeoloji gələnəklərinin müxtəlif çağları ilə müqayisə oluna bilməsini nəzərə alan uzmanlar Ön Asiyadan Qafqazın quzeyinə olan miqrasiyanın m.ö. 4000-2300 arasında dalğalarla baş verdiyini yazırlar. Hər halda, quzeyə miqrasiyanın Güney Qafqaz üzərindən olmasını əksər arxeoloqlar qəbul edir. Urmu nəzəriyəsi də bunu deyir, deyir ki, həmin çağlarda İkiçayarası (Mesopotamya) bölgələrindən prototürk boylarının bir hissəsi Azərbaycan üzərindən Quzey Qafqaza keçmişdir. Xəzər (Azər) dənizinin cənubundan indiki Türkmənistana köçub 7 miln il bundan əvvəl Anav mədəniyyətini yaratmışlar. Ardı var. Təvəkgül Nəbioğlu