Xolesterin müalicəsində inqilab: İynələri əvəz edən həb təsdiqləndi

Bu gün, 11:14           
Xolesterin müalicəsində inqilab: İynələri əvəz edən həb təsdiqləndi
Yüksək xolesterinin müalicəsində istifadə olunan PCSK9 inhibitorları qrupuna aid ilk ağızdan qəbul edilən dərman ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib.

Sherg.az xəbər verir ki, bu barədə professor Osman Müftüoğlu məlumat verib. Onun sözlərinə görə, indiyədək yalnız iynə şəklində tətbiq edilən bu preparatların həb formasının istifadəyə verilməsi xəstələr üçün mühüm rahatlıq yaradacaq.

Mütəxəssislər bildirirlər ki, yeni dərman gündə bir dəfə qəbul edilir və aparılan klinik tədqiqatlarda “pis” xolesterin hesab olunan LDL səviyyəsini 56-59 faiz azaltmağa nail olub. Bu göstərici iynə formasında olan preparatların effektivliyinə yaxındır.

Araşdırmalarda ən çox müşahidə olunan yan təsirlərin yüngül ishal və başgicəllənmə olduğu qeyd edilir. Həkimlər vurğulayırlar ki, preparat hər kəs üçün nəzərdə tutulmayıb və əsasən statin müalicəsinə baxmayaraq xolesterini yüksək qalan, ürək-damar xəstəliyi və ya irsi xolesterin problemi olan şəxslər üçün tövsiyə olunur.

Osman Müftüoğlu hesab edir ki, yeni preparat xüsusilə uzunmüddətli iynə müalicəsindən çəkinən xəstələr üçün mühüm alternativ olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru