İspaniya millisinin final hazırlığına hava əngəl oldu

Bu gün, 09:28           
İspaniya millisinin final hazırlığına hava əngəl oldu
Dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq İspaniya millisinin son məşqi əlverişsiz hava şəraiti səbəbindən ləğv olunub.

TEREF “Reuters”ə istinadən xəbər verir ki, Nyu-Cersi ştatında baş verən güclü ildırım və leysan yağışı səbəbindən komandanın Melanie Lane Təlim Mərkəzində keçirilməsi planlaşdırılan açıq hava məşqi təhlükəsizlik məqsədilə baş tutmayıb.

ABŞ-də qüvvədə olan təhlükəsizlik qaydalarına əsasən, ildırım müşahidə edildiyi halda açıq havada məşqə icazə verilmir.

İspaniya Futbol Federasiyası (RFEF) futbolçuların hazırlığını qapalı məkanda davam etdirdiyini açıqlayıb.

Eyni hava şəraiti Argentina millisinin Morristaun şəhərindəki məşqinə də təsir göstərib və komandanın hazırlığı təxminən 45 dəqiqə gecikib.

Qeyd edək ki, İspaniya və Argentina arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyunu sabah “MetLife Stadium”da baş tutacaq.

(qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru