ABŞ tarixində ilk dəfə xarici terrorçuların ölkədən çıxarılması mexanizmi işə salınıb

Dünən, 12:24           
ABŞ tarixində ilk dəfə xarici terrorçuların ölkədən çıxarılması mexanizmi işə salınıb
ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici terrorçu kimi tanınan şəxslərin ölkədən çıxarılması üçün indiyədək istifadə olunmamış hüquqi mexanizmi tətbiq edib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Hakim Coan Eriksenin qərarında qeyd olunur ki, 2026-cı il iyulun 15-də ABŞ qanunvericiliyinin 8-ci bölməsinin 1531-ci paraqrafına əsasən, xarici terrorçuların ölkədən çıxarılması işlərinə baxan ixtisaslaşmış məhkəməyə müraciət daxil olub. Müraciətdə adıçəkilən cavabdehin ölkədən deportasiya olunması tələb edilir.

İyulun 18-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Araşdırmanın detalları barədə ictimaiyyətə məlumat verilməyib. Açıqlanan sənəddən yalnız işin məxfi status daşıdığı məlum olur.

Qeyd edək ki, xarici terrorçuların deportasiyası üzrə ixtisaslaşmış bu məhkəmə 1996-cı ildə ABŞ Konqresi tərəfindən yaradılıb. Məhkəmə xarici vətəndaşların "xarici terrorçu" kateqoriyasına aid edilməsi əsasında onların ölkədən çıxarılıb-çıxarılmayacağına dair qərar vermək səlahiyyətinə malikdir. 2026-cı ilin iyul ayınadək həmin məhkəmə heç bir işə baxmamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru