ABŞ İrana növbəti dəfə zərbələr endirib - VİDEO

Bu gün, 10:56           
ABŞ İrana növbəti dəfə zərbələr endirib - VİDEO
ABŞ hərbçiləri İran ərazisinə zərbələrin növbəti dalğasını başa çatdırıblar.

bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Mərkəzi Komandanlıq İrana qarşı növbəti zərbələr raundunu başa çatdırıb. Ardıcıl səkkizinci gecə həyata keçirilən zərbələr zamanı CENTCOM qüvvələri İranın sahil müşahidə və Hava Hücumundan Müdafiə obyektlərini, Hərbi Dəniz Qüvvələrinin vasitələrini, raket və dron anbarlarını vurublar", - deyə məlumatda bildirilir.

Komandanlıq qeyd edib ki, zərbələr həmçinin iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə hücum edən İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə qarşı endirilib.

İyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı növbəti zərbələr seriyasının başladığını elan etmişdi. Hərbçilər bunun, o cümlədən İordaniyadakı ABŞ hərbçilərinə edilən hücumlara cavab olduğunu bildiriblər.

Bir gün əvvəl Tehran Vaşinqtonla qarşılıqlı anlaşma memorandumundan irəli gələn öhdəliklərin icrasını dayandırdığını bəyan etmişdi. Həmin axşam ABŞ Mərkəzi Komandanlığı İranın zərbəsi nəticəsində İordaniyada iki hərbçisinin həlak olduğunu xəbər vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru