Dünya çempionatında finalöncəsi təşviş: Matç təxirə salınacaq?

Bu gün, 12:14           
Dünya çempionatında finalöncəsi təşviş: Matç təxirə salınacaq?
Nyu-Cersidə 2026-cı il dünya çempionatının final matçının keçiriləcəyi stadionun ərazisini tüstü bürüyüb.

Bu barədə "The New York Times" məlumat yayıb.

Bildirilib ki, buna səbəb Kanadada davam edən meşə yanğınlarının tüstüsünün bölgəyə çatmasıdır.

Stadionun yaxınlığında havanın keyfiyyəti indeksi "sağlamlıq üçün zərərli" səviyyəyə yüksəlib. Meteoroloqlar yaxınlaşan tufandan sonra tüstünün dağılacağını proqnozlaşdırırlar.

FIFA hələlik matçın təxirə salınması və ya ləğvi ilə bağlı heç bir rəsmi məlumat yaymayıb. "Bloomberg"in məlumatına görə, təşkilat oyunun planlaşdırıldığı kimi baş tutacağını gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru