Məşhur repçi yenidən Argentina millisinə mərc etdi: "Dreyk lənəti" qırılacaq?

Dünən, 12:44           
Məşhur repçi yenidən Argentina millisinə mərc etdi:
Dünyaca məşhur rep ifaçısı Dreyk 2026-cı il FIFA Dünya Kubokunun final oyunu üçün böyük məbləğdə mərc edib.

Oxu.Az xəbər verir ki, o, Argentina və İspaniya yığmaları arasında keçiriləcək final görüşündə Argentina millisinin qələbə qazanacağına 1.5 milyon dollar mərc edib.

Mərc şərtlərinə əsasən, Argentina millisi əsas vaxtda və ya əlavə vaxtda qalib gələrsə, Dreyk təxminən 5.175 milyon dollar qazana bilər.

Xatırladaq ki, Dreyk 2022-ci il dünya çempionatının finalında da Argentina millisinin qələbəsinə 1 milyon dollar mərc etmişdi. Lakin həmin oyunda əsas vaxt heç-heçə başa çatdığı və qalib penaltilər seriyasında müəyyənləşdiyi üçün o, mərcini uduzmuşdu. İdman azarkeşləri arasında Dreykin mərc etdiyi komandaların və ya idmançıların tez-tez uduzması "Dreyk lənəti" kimi tanınır və bu mərc də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, dünya çempionatının final oyunu iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki "MetLife" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru