SOCAR Azəriqaz İB Baş direktoru cənab Azər Məmmədov üçün növbəti marifləndirmə
Bu gün, 11:36
SOCAR Azəriqaz İB Baş direktoru cənab Azər Məmmədov üçün növbəti marifləndirmə , yada salma və diqqətinə! Ölkəmizin müvafiq qanunlarında yazılıb ki: -Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192-ci maddəsinə əsasən, işçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir. -Azərbaycan Respublikası Əmək Məc-nin 310-cu maddəsinə əsasən: İstər işçilər, istər işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquqlarıpozmağa, məhdudlaşdırmağa görə maddi, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Mirvari Gahramanli