ABŞ-İran savaşında hazırkı durum... VİDEO
Bu gün, 09:48

Hər iki tərəf atəş açır. İran qonşu körfəz ərəb dövlətləri ərazilərindəki ABŞ.hərbi bazalarına tərəf raket və dronlar atır. Və xəbərlər yayır ki, vurduq. Nə qədər doğrudur, nəyi vurdu, raket dronlar vuruldu, yaxud çatdı-çatmadı, sualdır.
Dəqiqi və ciddi mənbələrdən olanı isə, budur.
ABŞ İrandakı taktikasını kökündən dəyişdirib. Mərkəzi Komandanlıq (CENTCOM) əgər əvvəl yalnız hərbi obyektləri hədəf alırdısa, indi artıq, ölkənin Cənubundakı logistikanı yəni, Cənuba yük, sursat daşınması yollarını metodiki məhv edir. Hörmüz boğazındakı həyati əhəmiyyətdə olan Bəndər Abbas limanınına İran-mərkəzdən gələn nəqliyyatın yollarını tam kəsməyə çalışır.
Dünən gecə hava hücumları ilə əsas nəqliyyat arteriyalarına kütləvi zərbələr endirdi. Hansı ki, İran cənubu, Körfəzə tərəf gedən əsas yollardır. Üç əsas körpü (Minab və Rudan arasındakı üç zolaqlı körpü və Şur çayı üzərindəki keçid daxil olmaqla) vurulub dağıdılıb. Lakin, əsas məsələ odur ki, Hacıababada gedən magistral yoldakı Şah Mirzai Tunelinə dəqiq zərbə endirilib. Hər iki istiqamətdəki magistral tamamilə bloklanıb.
Bunun hansı təsiri var? Bu, sadəcə qayadakı bir adi tunel dəlik deyil, İranın cənubunun təchizat iflicidir. İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) qoşunları, raketləri və avadanlıqları bununla da Cənub sahilinə çevik daşıma qabiliyyətini itirir.
Eyni zamanda, Yəzd və Laardakı hərbi bazalar, eləcə də Cask limanı dağıdılıb. İranın ən vacib iqtisadi liman mərkəzi tədricən təcrid olunmuş bir adaya çevrilir. Bu gedişlə ABŞ İran üçün çox vacib əhəmiyyətli Cənubunu İrandan təcrid edir, bölgəni İran hərbisindən təmizləyir. Belə təcrid planı yəqin ki, Cənubi İranı qoşun ilə tutmaqdır.
Trampın iki gün əvvəl açıqladığı plana görə, bu gedişlə İranın bütün strateji körpüləri və üstəlik enerji, elektrik infrastrukturu vurulmalıdır. Ölkə belə təsəvvüredilməz dərəcə iflic ola bilər. ABŞ, Tramp nəsə, İran rejimini bitirmək planından əl çəkənə oxşamır. ABŞ Konqresi də razılıq verib.
P. S.
İran, SEPAH rejimi hakimiyyəti İran xalqına və Pezeşkiana təhvil verib, sağ çıxmalı idi, vermir.
P. S.
Görünür, Tramp İrana son zərbə üçün seçkiləri yox, İstanbuldakı NATO görüşündə, Avropa və Türkiyə ilə, hücumu razılşadırmanı gözləyirmiş. Elə o andan, İran və Rusiya Türkiyəyə qıcıqlıdır.
Mənbə: WANA News.
Videoda ayrı-ayrı 4 cür zərbə 1 ekrandadır.
Ilqar Altay
TERE

