Taylanda səfər edən rus qadının başına elə hadisə gəldi ki... - ŞOK VİDEO

Bu gün, 09:34           
Taylanda səfər edən rus qadının başına elə hadisə gəldi ki... - ŞOK VİDEO
Taylandda istirahət edən bir qrup rusiyalı turist qolf-karı ilə hərəkətdə olarkən ciddi qəzaya uğrayıb. Nəticədə 3 nəfər xəsarət alıb, onların istirahəti yarımçıq qalıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə dörd nəfərdən ibarət turist qrupunun məşhur Buddist məbədini ziyarət etmək üçün qolf-karı icarəyə götürdüyü zaman baş verib. Sükan arxasında olan qadın sürücü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və nəticədə Ufa şəhərindən olan Diana adlı sərnişin avtomobildən asfaltın üzərinə yıxılaraq çiyin sümüyünü sındırıb.

Sürücü vəziyyəti anlayan kimi hərəkətdə olan qolf-karından tullanıb, lakin avtomobil nəzarətsiz qalaraq ağaca çırpılıb. Qəza zamanı içəridə olan digər iki sərnişin – Natali və Denis ağır xəsarətlər alıb. Natali bədənindəki çoxsaylı əzilmələr səbəbindən bir neçə gün evdən çıxa bilməyib, Denisdə isə aldığı zərbədən qanaxma başlayıb və sonradan həkimlər onda qan zəhərlənməsi (sepsis) diaqnozu qoyublar.

Qəzanı törədən sürücü isə yalnız dirsəyindəki yüngül cızıqlarla qurtulub və günahı öz üzərinə götürməyib. Qəza nəticəsində qolf-karının ön hissəsi əzilib və damı qopub. Zərərçəkmiş turistlər istirahətlərini yarımçıq qoyaraq Rusiyaya qayıtmağa məcbur olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru