Ən çox hansı çimərliklərdə boğulma təhlükəsi var? - VİDEO

Bu gün, 10:16           
Ən çox hansı çimərliklərdə boğulma təhlükəsi var? - VİDEO
"İndi suya girdiyimiz sahil əraziləri bir neçə il əvvəl dənizin az qala ortası idi. Ona görə də dənizdə bu qədər çox boğulma hadisəsi baş verir".

TEREF Xəzər TV-yə istinadla xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Hidrogoelogiya və mühəndis geologiyası kafedrasının baş müəllimi Allahverdi Tağıyev deyib.


Mütəxəssis bildirir ki, son vaxtlar dənizə girən şəxslərin qəfildən dərinliyə düşməsinin əsas səbəbi Xəzər dənizinin suyunun çəkilməsidir. Allahverdi Tağıyevin sözlərinə görə, boğulma hallarının baş verməsində insan amili və hava şəraiti ilə yanaşı, dəniz dibinin geoloji quruluşu, sahilboyu relyef və hidrodinamik şərait də mühüm rol oynayır.

Hidrogeoloq xüsusilə bəzi çimərliklərdəki təhlükəli zonalara diqqət çəkib:

"Bilgəh və Mərdəkanda dəniz dibi relyefində çökəkliklərin əmələ gəlməsi, Novxanı çimərliyində isə sahildən bir qədər aralı birdən-birə dərinləşmənin baş verməsi boğulma təhlükəsini kəskin şəkildə artırır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru