"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı

Dünən, 12:58           
"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı
Son illərdə dinozavr skeletləri dünyanın ən varlı insanları üçün ən populyar aktivlərdən birinə çevrilib.

"Bloomberg" agentliyi xəbər verir ki, milyarderlər artıq Faberje yumurtaları və ya idman klubları kimi dəbdəbəli aktivlərlə yanaşı, dinozavr qalıqlarına da böyük maraq göstərirlər.

Agentlik bildirir ki, bu skeletlər özündə həm dəbdəbəni, həm də "ibtidai cazibəni" birləşdirir. Ənənəvi incəsənət bazarı varlı insanlar üçün çox vaxt mürəkkəb və anlaşılmaz görünsə də, bir tirannozavr skeletinə sahib olmaq olduqca təsirli və prestijli sayılır. 2009-cu ildə "Samson" adlı tirannozavr skeletini 600 min dollara alan milyarder Den O'Daud bu qalıqları "sahib ola biləcəyiniz ən möhtəşəm trofey" adlandırıb.

Dinozavr qalıqlarının qiyməti rəsm əsərləri və heykəllər kimi bir neçə amildən - mənşəyi, kolleksiyaçıların marağı və orijinallıq dərəcəsindən asılıdır. Son illərdə bu bazara maraq daha da artıb.

İyulun 14-də Nyu-Yorkda baş tutan sonuncu böyük hərracda "Qas" ləqəbli tirannozavr skeleti 50,13 milyon dollara satılaraq rekord vurub. Xatırladaq ki, əvvəlki rekord 2022-ci ildə "Sotheby's" hərracında maliyyəçi Ken Qriffinin 44,6 milyon dollara aldığı "Apaks" adlı steqozavr skeletinə məxsus idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru