“2026-cı il Dünya çempionatı Beynəlxalq Futbol Federasiyasına (FIFA) rekord gəlir gətirib: 15 milyard dollar”.
Globalnfo.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Məlumata görə, gəlirlərin artmasında əsas amillərdən biri oyunlara biletlərin satışı, eləcə də onların yenidən satışından əldə olunan gəlirlər olub:
“FIFA həm alıcıdan, həm də satıcıdan 15 faiz komissiya alır ki, bu da ümumi gəlirləri əhəmiyyətli dərəcədə artırıb. FIFA-nın qazancı əvvəlki proqnozları üstələyib. Təşkilat əvvəlcə təxminən 11 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı”.
Qeyd edək ki, bu çempionat tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçirilir.
Dünya çempionatının Argentina və İspaniya yığmaları arasında keçiriləcək final oyunu iyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLife” stadionunda baş tutacaq.