Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub - FOTOLAR

23-12-2025, 17:02           
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub - FOTOLAR
Bakcell-in innovasiya tərəfdaşlığı ilə təşkil olunan “Media Savadlılığı” Konfransı uğurla başa çatıb. Tədbir çərçivəsində media savadlılığının müasir dövrdə rolu, rəqəmsal mühitdə informasiya ekosistemi və süni intellektin bu sahəyə təsiri ətrafında müzakirələr aparılıb.

Konfrans media savadlılığı sahəsində peşəkar dialoqun gücləndirilməsi və mövzu üzrə davamlı əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Tədbir çərçivəsində təşkil olunan intellektual yarışın qalibləri Bakcell tərəfindən mükafatlandırılıb. Bu təşəbbüs Bakcell-in süni intellekt və innovasiyaya əsaslanan, analitik düşüncənin və maarifləndirici layihələrin təşviqinə verdiyi ardıcıl dəstəyin tərkib hissəsidir.

Bakcell innovasiya tərəfdaşı olaraq, konfransda innovasiya və media savadlılığı arasında əlaqələrin ön plana çıxarılmasına, süni intellekt və rəqəmsal trendlərin müzakirə gündəminə daxil edilməsinə dəstək göstərib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]