NƏHƏNG TUTUMLARA MALİK PİKOQURULUŞLU YADDAŞ SİSTEMLƏRİ - ELMİ KƏŞF LAYİHƏSİ
26-12-2025, 08:55

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, professor, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki, Almaniyada qeydiyyatdan keçmiş 6 Elmi Kəşf və 2 Elmi Hipotezləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan və hər bir Elmi Kəşfindən sonra Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə Almaniyadan haqqında rəsmi məlumat daxil olan Rahim Abas oğlu Daşdiyevin “Nəhəng tutumlara malik pikoquruluşlu yaddaş sistemləri - Elmi Kəşf layihəsi” adlı aktual silsilədən olan yazını Tərəf.az oxucularına təqdim edirik.
Professor R.A.Daşdiyev pikoölçüsü (10-12 m), kütləsi son dərəcədə kiçik elektroneytral zərrəciklərdən ibarət pikotexnologi quruluşa malik yaddaş sistemlərinin olduğuna dair mülahizələrini Elmi Kəşf prioritetləri olaraq təqdim edərək, müvafiq pikotexnologiyaların ifrat yüksək tutumlara malik yaddaş sistemlərinin yaradılması istiqamətində mühüm nəzəri və praktiki əhəmiyyətə malik olmasını ilk dəfə olaraq diqqətə gətirmişdir. Professorun fikrincə qeyd edilən Elmi Kəşf layihəsi müvafiq pikotexnologiyaların Elmi-Texniki İnqilaba doğru mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.

