Əraqçi: "İranın dinc nüvə proqramı ilə bağlı hərbi həll yolu yoxdur"

26-02-2026, 10:24           
Əraqçi: "İranın dinc nüvə proqramı ilə bağlı hərbi həll yolu yoxdur"
İranın dinc nüvə proqramı ilə bağlı hərbi həll yolu mövcud deyil.
APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la Cenevrədə keçiriləcək üçüncü danışıqlar raundu ərəfəsində "India Today" telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, əgər hər hansı narahatlıq və ya suallar varsa, Tehran onlara cavab verməyə hazırdır.

Lakin İran dinc məqsədli nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcək.

“Bu dəfə biz daha ehtiyatlıyıq və müəyyən narahatlıqlarımız var. Amma ABŞ tərəfdən həqiqətən ciddi şəkildə həllə nail olmaq niyyəti olarsa, mən hesab edirəm ki, razılaşma mümkündür”, – deyə Əraqçi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru