Ukrayna müharibəsi bu yolla bitəcək, lakin şərti... - General

26-02-2026, 16:34           
Ukrayna müharibəsi bu yolla bitəcək, lakin şərti... - General
Rusiyanın Ukraynaya qarşı müharibəsi siyasi həll yolu ilə başa çatacaq.

Moderator.az xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı, briqada generalı Aleksandr Pivnenko bildirib.

“Bütün müharibələr bitir. Bu müharibə də bitəcək. Amma bu, siyasi qərarla bitəcək. Mən inanıram ki, siyasətçilər və hərbçilər arasında tarazlıq olmalıdır”, - o vurğulayıb.

General hərbçilərin siyasətə çox da qarışmamalı olduqlarını söyləyib.

O qeyd edib ki, Rusiyanın Ukraynadan Donetsk vilayətinin tam ərazilərini təslim etməsini tələb etməyi dayandırması üçün Müdafiə Qüvvələri rusların irəliləməsini dayandırmalıdır.

Pivnenkonun sözlərinə görə, bunun üçün dron komponentinin "kifayət qədər" artırılması tələb olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru