Siyarto: “Drujba” kəmərini bloklayanlar “Şimal axını”nı partladan şəxslərdi

26-02-2026, 15:24           
Siyarto: “Drujba” kəmərini bloklayanlar “Şimal axını”nı partladan şəxslərdi
Ukrayna ərazisində “Drujba” neft kəməri ilə Rusiya neftinin Macarıstana nəqlini bloklayanlar 2022-ci ildə “Şimal axını” qaz kəmərlərində törədilən partlayışa görə məsuliyyət daşıyan şəxslərlə eynidir.

"MTI" agentliyi xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, “Şimal axını” kəmərlərində baş vermiş diversiyanın araşdırılmasının Avropa İttifaqı ölkələrində hələ də başa çatdırılmaması utancvericidir.

Siyarto qeyd edib ki, bəzi Avropa liderləri bu məsələyə göz yumur və hətta “cinayətkarları qəhrəman kimi təqdim edirlər”

O vurğulayıb ki, Macarıstana neft və təbii qaz tədarükünü təmin edən kəmərlərin mümkün hücum təhlükəsindən qorunması mühüm vəzifədir.

Siyartonun sözlərinə görə, hökumət ölkə ərazisində neft və qaz kəmərlərinə qarşı mümkün partlayış cəhdlərinin qarşısının alınması üçün zəruri tədbirlər görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru