MKİ İrandakı adamlarına farsca müraciət etdi: - "Qaranlıq şəbəkə" vasitəsilə...

26-02-2026, 15:28           
MKİ İrandakı adamlarına farsca müraciət etdi: - "Qaranlıq şəbəkə" vasitəsilə...
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrandakı potensial məlumat mənbələrinə çatmaq üçün fars dilində mesaj yayımlayıb.

Publika.az xəbər verir ki, MKİ "X", "Instagram" və "YouTube"-da paylaşım edərək onlarla təhlükəsiz şəkildə əlaqə saxlamaq barədə təkliflər edib.

Mesajda VPN-lərdən, şəxsiyyəti müəyyənləşdirməyi çətinləşdirən cihazlardan, şəxsi internet brauzerlərindən istifadə və internet tarixçəsini silmək kimi təhlükəsizlik tədbirləri yer alıb.

MKİ həmçinin bildirib ki, istifadəçilər agentliyin rəsmi veb saytı və ya şəxsiyyəti gizlətmək üçün xüsusi vasitələrdən istifadə etməklə əldə edilə bilən "qaranlıq şəbəkə" vasitəsilə əlaqə saxlaya bilərlər.

Bu paylaşımın ABŞ və İran arasında gərginliyin artdığı bir vaxtda baş verməsi diqqət çəkib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru