Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxıb

27-02-2026, 09:24           
Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxıb
Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən çıxarılıb. İndi orada Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları xidmət aparır.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Factor” 2025-ci il üçün Ermənistan hökumətinin proqramının icrası haqqında hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin mart ayından Ermənistan-Türkiyə dövlət sərhədindəki "Marqara”, 2026-cı ilin əvvəlindən etibarən isə "Axurik” sərhəd-keçid məntəqəsi Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətinə keçib.

"Hazırda Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən tam nəzarət altına alınıb”, - hesabatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru