Cenevrədə keçirilən ABŞ – Ukrayna danışıqları başa çatıb.
TEREF xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, tərəflərin nümayəndələri görüş yerini tərk ediblər. Müzakirələr təxminən dörd saat davam edib.
Kiyev və Vaşinqton arasındakı danışıqlar fevralın 26-da günorta saatlarında başlayıb. Görüşdə Ukrayna tərəfini danışıqlar qrupunun rəhbəri Rüstəm Umerov, Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və iqtisadiyyat naziri Aleksey Sobolev, ABŞ-ı isə prezidentin xüsusi elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil ediblər./publika.az