Sarkozinin qızı soyundu, aləm qarışdı - Foto

27-02-2026, 15:56           
Sarkozinin qızı soyundu, aləm qarışdı - Foto
Fransanın sabiq prezidenti Nikola Sarkozi və müğənni, super model Karla Bruninin qızı Culiya sosial şəbəkə hesabında açıq-saçıq geyimdə fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, Culiya “Instagram” platformasının hekayə bölməsində fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım qısa müddətdə sosial mediada müzakirələrə səbəb olub.

Məşhurların varisi kamera qarşısına dərin dekolteli sinəbənddə çıxıb. O, saçlarını açıq buraxaraq parlaq makiyaj edib, diqqəti xüsusilə dodaqlarına və almacıq sümüklərinə çəkib.

Qeyd edək ki, ötən ilin oktyabrında Culiya atası haqqında çıxarılan məhkəmə qərarından sonra imic dəyişikliyi ilə də diqqət çəkib.

Xatırladaq ki, Paris məhkəməsi 70 yaşlı Sarkozini 2005-2007-ci illərdə Liviyanın mərhum lideri Muammar Qəddafi ilə bağlı qanunsuz maliyyələşmə işi üzrə təqsirli bilib. Keçmiş prezident oktyabrın 21-də Parisdə yerləşən La Sante Prison həbsxanasına yerləşdirilib, noyabrın 10-da isə azadlığa buraxılıb. O, ümumilikdə 20 gün həbsdə qalıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru