ABŞ İranın 9 hərbi gəmisini məhv edib

2-03-2026, 08:45           
ABŞ İranın 9 hərbi gəmisini məhv edib
ABŞ qüvvələri 9 İran hərbi gəmisini məhv edib və batırıb.
APA xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, məhv edilən gəmilərdən bəziləri “nisbətən böyük və əhəmiyyətli” olub.

Tramp əlavə edib ki, digər gəmilər də hədəf alınır və “tezliklə dənizin dibində olacaq”.

ABŞ lideri həmçinin digər bir hücum zamanı İranın Hərbi Dəniz Qüvvələrinin qərargahının böyük hissəsinin dağıdıldığını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru