ABŞ İranın hərbi gəmilərini dünyanın hər yerində məhv edir FOTO

5-03-2026, 11:23           
ABŞ İranın hərbi gəmilərini dünyanın hər yerində məhv edir  FOTO
Budur, İran rejimi işi gətirib, bu həddə çatdırıb. ABŞ İran ətrafında Hörmüz boğazındakı bütün hərbi Flotunu, (13 gəmisini) vurub batırandan sonra, başqa gəmilərini bütün dünyada izləyir.
İran hərbi freqatı IRIS Dena Şri-Lanka tərəfdə (Hindistan tərəf) ABŞ sualtı qayığının torpeda raketləri hücumuna məruz qalıb. 180 nəfərlik heyətdə gəmi səhər tezdən qəza siqnalı verib, sonra Şri-Lanka sahillərindən təxminən 40 km cənubda batıb. Hadisə nəticəsində ən azı 101 dənizçisi ölüb, daha 78 dənizçisi isə yaralanıb.
Şri-Lanka Hərbi Dəniz Qüvvələri İran gəmisinin batdığı yerdə təxminən 80 cəsəd aşkar edib. Bu barədə Şri-Lanka xarici işlər nazirinin müavini Arun Hemachandra məlumat verib və sözlərinə görə, zərbədən batan İranın gəmisi Hindistanın şərqindəki bir limandan geriyə İrana qayıdırmış.
Bu müharibəni bitirmək lazımdır, İran rəhbərləri bunu anlamalıdırlar, hakimiyyəti də xalqa verib.
Ilqar Altay
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru