Bankir 250 milyonla Bakıya qaçdı

18-06-2015, 01:54           
Bankir 250 milyonla Bakıya qaçdı
Rusiyada “Sberbank”da rəhbər vəzifələrdən birində çalışan Zeydullah Əhədullayev bankdan rekord məbləğdə pul oğurlayıb. ANS PRESS-in versia.ru saytına istinadən verdiyi məlumata görə, Bankın Dağıstandakı şöbələrindən birinin rəhbəri Zeydullah Əhədullayev 250 milyon rubl (4 875 min manat) oğurladıqdan sonra Bakıya gəlib.
Belə ki, mayın 18-də baş verən oğurluq hadisəsindən sonra bankirdən xəbər tutmaq mümkün olmayıb. Məsələyə Mosvkadan göndərilən komissiya qarışıb. Araşdırmalardan sonra məlum olub ki, Zeydullah Əhədullayev bankdan ümumilikdə 250 milyon rubl oğruladıqdan sonra Azərbaycan ərazisinə keçərək Bakıya gəlib və buradan da Dubaya uçub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]