Dünyanı təəccübləndirəcək möcüzəli kəşf (FOTO)

25-06-2015, 11:36           
Dünyanı təəccübləndirəcək möcüzəli kəşf (FOTO)
Rusiyada istənilən hava və su gəmilərini pilotsuz idarə etməyə imkan verən yeni texnoloji sistem yaradılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə sistemin istehsalçısı, "Tayber" şirkətinin texniki direktoru Serqey Tısık bildirib.

O deyib ki, xüsusi tətbiq üçün pilotsuz sistemi yaratmaq uzun prosesin nəticəsidir və indi, bu, çox lazımlıdır. Biz yeni sistemi hazırladıq və praktiki olaraq təyyarənin, vertolyotun və ya gəmilərin istismarında tətbiq etmək mümkündür.

Onun sözlərinə görə, indi çox sayda aviasiya texnikası var, məsələn, Ka-26 vertolyotları. Onların bazasında pilotsuz sistem yaratmaq və həmin vertolyotlarla yükləri pilotsuz ölkənin şimalına göndərmək mümkündür. Bu, əvvəl bizim üçün iddialı plan idisə, hazırda reallıqdır.

S.Tısık vurğulayıb ki, bu sistem dəniz qüvvələri üçün də vacibdir: "Məsələn, sərhəd katerlərini götürək. Güclü həyəcan vaxtı dənizə katerlə çıxmaq təhlükəlidir. Bu zaman yeni sistemi qurmaq olar və insanın iştirakı olmadan hadisə yerinə göndərilə bilər.

O, bu sistemin fəaliyyət prinsipləri haqqında danışaraq deyib ki, bu sistem operatorun nəzarəti altında hərəkətli obyektin idarəetməsini uğurla öhdəsinə götürür. Bu sistemin təyyarələrdə quraşdırılması nəzərdə tutulub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru