“AST Telman”ın bazarında polislə ekstremistlər arasında atışma oldu

26-06-2015, 15:32           
“AST Telman”ın bazarında polislə ekstremistlər arasında atışma oldu
Qazaxıstanın Almatı şəhərindəki “İpək yolu” ticarət yarmarkasında iyunun 25-də axşam polislə silahlı ekstremistlər arasında atışma olub.

Virtualaz.org saytı qazax mənbələrinə istinadən xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə polis silahlı ekstremist qruplaşmanın üzvlərini həbs etmək üçün əməliyyat keçirib, bu zaman atışma baş verib.
Ekstremist qruplaşmanın təmayülü barədə məlumat verilmir, ancaq onların hamısının “saqqallı olduğu” bildirilir.
Ehtimal olunur ki, söhbət radikal dini qruplaşmaların üzvlərindən gedir. Atışma nəticəsində bir ekstremist öldürülüb, biri yaxalanıb. Polislər arasında itki yoxdur.
“İpək yolu” yarmarkasında əsasən avtomobil ehtiyat hissələri satılır. Bir neçə il əvvəl yarmarkanın adı “AST Avrasiya” idi , indi isə adı dəyişib. Yarmarka Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılova və onun Qazaxıstandan olan yəhudi ortağına - oliqarx Aleksandr Maşkeviçə məxsusdur.
Bazarda ticarət köşklərinin çoxu boşdur və nəticədə cinayətkarlar üçün əlverişli sığınacağa çevrilib. Bu səbəbdən bazar qazax polisi üçün başağrısı hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]