“Qanuni oğru”ların “sxodka”sına polis basqını - 6 nəfər tutuldu

27-06-2015, 12:48           
“Qanuni oğru”ların “sxodka”sına polis basqını - 6 nəfər tutuldu
Dünən Moskva DİN əməkdaşları “oğru sxodka”larının qarşısnı almaq üçün xüsusi əməliyyat keçirib.

Aznews.az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə RF DİN Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

“Sxodka”nın keçirildiyi mehmanxanada polis özünü “qanuni oğru” kateqoriyasına aid edən, cinayət sferasının liderləri və fəal iştirakçıları olan 6 nəfəri saxlayıblar.

Torçik ləqəbli “avtoritet”in üzərində 3 qr narkotik maddə aşkarlanıb. Fakt üzrə cinayət işi başlanıb.

Saxlanılanlar Rusiya DİN-in Filevski rayonu üzrə şöbəsinə aparılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]