Türkmənistanın İtaliyadan aldığı silahlar – STATİSTİKA

29-06-2015, 23:04           

Bu barədə “AzeriDefence” İtalyanın BMT-yə təqdim etdiyi hesabata istinadən məlumat verib.

Belə ki, rəsmi Aşqabad 2012-2014-cü illərdə İtaliyadan 50.5 milyon avroya iki ədəd “AgustaWestland EH101”, hərbi istifadə üçün 64 milyon avroya 5 ədəd “AgustaWestland AW139” helikopteri, 3.9 milyon avro dəyərində 1680 ədəd “Beretta ARX-160” avtomatı, bu silahlar üçün 2 milyondan artıq döyüş sursatı, 150 ədəd GLX-160 lüləaltı qumbaraatan, səsboğucu və 120 ədəd “Beretta PX4 Storm” markalı tapança alıb.

Bundan başqa, rəsmi Aşqabad İtaliyadan dəniz silah sistemləri və gəmi topları üçün döyüş sursatları da alıb. Məlumata görə, qeyd olunan dövrdə İtaliyada fəaliyyət göstərən “Rheinmetall Italia” şirkəti Türkmənistana 2.4 milyon avro dəyərində 25 mm-lik KBA topu, “OTO Melara” şirkəti 28 milyon avro dəyərində 40/70 mm kalibrli gəmi topu, 10 min ədəd sursat, 8.7 milyon avro dəyərində 3 ədəd “Falco XN” pilotsuz uçuş aparatı, MBDA şirkəti isə 162 milyon avro dəyərində 25 ədəd “Marte” gəmi əleyhinə raketin satışını reallaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]