İŞİD-in tam mərkəzini vurdular

6-07-2015, 22:00           
İŞİD-in tam mərkəzini vurdular
ABŞ liderliyindəki koalisiya qüvvələri İŞİD terror təşkilatının mərkəzi sayılan Suriyadakı Rakka şəhərinə hava hücumları reallaşdırıb.

ANS PRESS-in məlumatına görə, bu günə qədər Suriyada planlaşdırılmış ən böyük hava hücumları olaraq xarakterizə edilən əməliyyatda ən az 22 nəfər ölüb. Hava hücumlarının məqsədi İŞİD-in Suriya və İraq boyunca hərəkət qabiliyyətinə zərər vermək üçün reallaşdırılıb.

Terror təşkilatının mərkəzi sayılan Rakka və ətrafındakı ərazilər bombardman edilib. Binaları və tranzit yolları hədəf alan koalisiya qüvvələri çox sayda obyekti məhv edib. Suriya İnsan Haqqları Təşkilatı bildirib ki, bombardmanda ölənlər arasında biri uşaq olmaqla 6 mülki şəxs var. Son açıqlamalara görə, bu hücumlar terrorçulara qarşı Suriyada həyata keçirilən ən böyük əməliyyatdır.

Suriyanın digər cəbhələrindəki qarşıdurmalar isə davam edir. Aralarında terror təşkilatı "Əl-Qaidə"nin Suriyadakı qolu olan "Əl Nusra Cəbhəsi" və 13 təşkilat hücumlara başlayıb. Suriyanın ən böyük şəhəri Haləbin qərbindəki Əsəd rejiminin əlindəki bölgələrə hücuma keçən terrorçular son üç ilin ən böyük döyüşünə başlayıblar.

ABŞ liderliyindəki Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmrliklərində ibarət koalisiya Suriyadakı İŞİD ərazilərini 2014-cü il sentyabrın 22-dən bu yana bombalayır. Bu hava hücumları təşkilatın regionda daha geniş inkişafının qarşısını alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]