Rusiyanın ehtiyatları 2016-cı ildə tükənəcək

6-07-2015, 23:21           

Rusiyanın Ehtiyat Fondunun vəsaitləri yaxın bir ildə tükənəcək. Belə bir qənaətə rusiyalı iqtisadçı İqor Nikolayev gəlib. Ekspert qeyd edir ki, 2015-ci ildə büdcə öhdəliklərinin yerinə yetirilməsi üçün Ehtiyat Fondunda olan 5 mlrd rublun 3 mlrd-ı xərclənib.
2016-cı ildə isə Ehtiyat Fondundan 1 mlrd rublun xərclənməsi nəzərdə tutulub. Hökumət iqtisadi artıma, neftin qiymətinin yüksəlməsinə ümid edərək belə qərar verib. Lakin neftin qiyməti artmasa, 2016-cı ilin sonunda Ehtiyat Fondu tükənəcək. Neft ixracından daxil olan valyutanın həcminin kəskin azalması da bunu deməyə əsas verir. 2015-ci ilin I rübündə neft ixracından 13,6 mlrd dollar olub, bu da ötən ilin eyni dövründən 67,1% (41,3 mlrd dollar) azdır. Baxmayaraq ki, son bir ildə neft ixracı 12,8% artıb.

azadlıq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]