Səud şahzadəsi vəfat etdi

10-07-2015, 11:15           
Səud şahzadəsi vəfat etdi
Səudiyyə Ərəbstanının sabiq xarici işlər naziri Səud ibni Faysal ibni Əbdüləziz dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, bu barədə məlumat Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi twiter səhifəsində yayılıb. Məlumatda bildirilir ki, 75 yaşında dünyasını dəyişən şahzadə 40 il Səudiyyə Ərəbistanının Xarici İşlər İdarəsinə rəhbərlik edib. Son vaxtlar səhhətində problemləri olan Səud ibni Faysal 2015-ci il mayın 1-də vəzifəsini Adiı ibni Əhməd əl Cübeyrə təhvil vermişdi. Səud ibni Faysal ibni Əbdüləziz vəzifəsi müddətində 4 fərqli kralla işləyib.

Artıq bəzi ölkə rəhbərlərinin şahzadənin vəfatı münasibəti ilə Səud ailəsinə başsağlığı verdiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]