Nikolas Maduronun tərəfdarları yenidən Venesuela parlamentinə hücum edib, yaralananlar var

6-07-2017, 09:50           
Nikolas Maduronun tərəfdarları yenidən Venesuela parlamentinə hücum edib, yaralananlar var
Venesuelanın paytaxtı Karakasda prezident Nikolas Maduronun tərəfdarları müxalifətin nəzarətində olan parlamentə hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 7 deputat və daha bir neçə parlament əməkdaşı xəsarət alıb. Yaralanan deputatlardan 5-I xəstəxanaya yerləşdirilib.

Parlamentin spikeri Xulio Borxesin sözlərinə görə, parlamentə hücum edən prezidentlərin tərəfdarları 350 nəfərə binanı tərk etməyə imkan verməyib. Hazırda binada qalanların təxliyə edilməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisəni pisləyən Nikolas Maduro müvafiq araşdırmanın aparılacağını bildirib.

Qeyd edək ki, iyunun 24-də Maduro tərəfdarlarının parlamentə hücum nəticəsində 4 nəfər xəsarət almış, binaya maddi ziyan dəymişdi.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru