30 gün ərzində istiliyə olan borcunuzu ödəməlisiniz - Qanun nə deyir? - VİDEO
Bu gün, 15:18
Nazirlər Kabineti tərəfindən təsdiq olunan "İstilik enerjisindən istifadə Qaydaları" ilə istehlakçının vəzifə və hüquqları müəyyənləşib.
Oxu az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu istifadə edilmiş istiliyin dəyərinin ödənilməsi ilə bağlıdır.
Həmin qaydalarda qeyd olunur ki, istehlak edilmiş istiliyin və (və ya) isti suyun dəyəri barədə hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 30 gün müddətində tam məbləğdə ödənilməlidir.
Həmçinin vurğulanır ki, istehlakçıya məxsus mənzillərin və yaşayış evlərinin daxilində quraşdırılmış sayğaclar onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar edilməli, işlək vəziyyətdə saxlanılması və üzərindəki plombların toxunulmazlığı təmin olunmalıdır.
Qeyd olunur ki, istehlak edilmiş istilik enerjisinin dəyəri qeyd olunan müddətdə ödənilməsə, istilik təchizatı dayandırılır.