Futbol Federasiyasının prezidenti aviaşirkət rəhbərini döydü

26-08-2015, 10:52           
Futbol Federasiyasının prezidenti aviaşirkət rəhbərini döydü
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan “Air Armenia” aviaşirkətinin rəhbəri Arsen Avetisyanı döyərək xəstəxanalıq edib.

AZƏRTAC xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, A.Avetisyan futbol akademiyasında olarkən federasiyanın prezidenti tərəfindən döyülüb. Burun sümüyü sınan Arsen Avetisyan güclü qanaxma və ağır kəllə- beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

“Air Armenia” şirkətinin rəhbəri akademiyada olarkən R.Ayrapetyan və onun cangüdənləri tərəfindən döyüldüyünü bildirib. Federasiyanın prezidenti isə A.Avetisyanı tək döydüyünü və qarşıdurma zamanı cangüdənlərinin orada olmadığını bəyan edib. Münaqişənin pul borcuna görə yarandığı bildirilir.

R.Ayrapetyan sonradan ifadəsindən imtina etdiyi üçün federasiyanın prezidenti məhkəmə qarşısında çıxış etməyəcək.

Mətbuatın yazdığına görə, son vaxtlar Ermənistanda məmur özbaşınalığı dözülməz həddə çatıb. İndi ölkədə adi vətəndaşların deyil, ayrı-ayrı şirkət rəhbərlərinin, məmurların da tez-tez döyülməsi adi hal alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru