"İnsan təbiətə hörmət etməyi və heyvanlar aləmini anlamağa çalışmayana qədər Yer üzündəki əsl yerini heç vaxt bilməyəcək."
1-12-2025, 15:54
Məşhur italyan dalğıc Enzo Mayorka qayıqda qalan qızı Rossana ilə birlikdə Sirakuza yaxınlığında dalış edirdi.
Daldığı zamanı o, kürəyinə yüngül bir zərbə hiss etdi. Geri dönəndə bir delfin gördü. Sonra delfinin oynamadığını, sadəcə nəyisə çatdırmağa çalışdığını anladı. Heyvan daldı və Enzo da onun ardınca getdi. Təxminən 12 fut dərinlikdə onlar tərk edilmiş balıqçı toruna ilişmiş başqa bir delfin tapdılar. Mayorka tez bir zamanda qızından ona dalğıc bıçağı verməsini və kömək etməsini istədi. Bir neçə dəqiqə ərzində onlar delfini azad edə bildilər və Enzonun özünün də qeyd etdiyi kimi, delfin son gücü ilə "demək olar ki, insan fəryadı" çıxardı. Delfinlər nəfəslərini 15 dəqiqəyə qədər saxlaya bilirlər, bundan sonra havasız boğulmağa başlayırlar. Enzo, Rossana və digər delfin zəifləmiş, azad olmuş delfinin suyun üzunə çıxmasına kömək etdilər. Məlum oldu ki, bu, tezliklə bala dünyaya gətirən dişi delfindir. Ata delfin dairə vurdu, Enzoya tərəf üzdü, minnətdarlıq əlaməti olaraq onu öpürmüş kimi yanağına toxundu və üzərək uzaqlaşdı. Daha sonra Enzo dedi: "İnsan təbiətə hörmət etməyi və heyvanlar aləmini anlamağa çalışmayana qədər Yer üzündəki əsl yerini heç vaxt bilməyəcək." TEREF