Böyük Britaniyada itkin düşmüş kişi "qatilləri"nin həbsindən sonra üzə çıxdı

22-11-2025, 16:08           
Böyük Britaniyada itkin düşmüş kişi "qatilləri"nin həbsindən sonra üzə çıxdı
Böyük Britaniyada 2020-ci ilin may ayında itkin düşən İsmayıl Əli adlı kişi gözlənilmədən polis idarəsində peyda olub və vəziyyətinin yaxşı olduğunu bildirib.

Bu barədə "People" nəşri yazıb.

Məlumata görə, Böyük Britaniyanın Bredford şəhərindən olan mağaza sahibi bütün bu 5 il ərzində ölmüş hesab edilib. Onun "qayıtmasına" cəmi bir neçə gün qalmış Qərbi Yorkşir polisi 5 nəfəri - üç qadını və iki kişini Əlinin qətlində şübhəli bilərək həbs edib.

Mağaza sahibi sağ olaraq ortaya çıxdıqdan sonra şübhəlilər girov müqabilində sərbəst buraxılıblar, lakin indi onlara qarşı çirkli pulların yuyulması ittihamı irəli sürülüb.

Polisin məlumatına görə, şübhəlilərlə əlaqəli üç obyektdə axtarış zamanı külli miqdarda nağd pul müsadirə edilib. Əlinin sağ-salamat qayıtmasına baxmayaraq, maliyyə cinayətləri ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, indi 51 yaşı olan İsmayıl Əli sonuncu dəfə 29 may 2020-ci ildə Bredforddakı "Gulam Food Stores" mağazasında çıxarkən görüntülənib. Hazırda o, hüquq-mühafizə orqanlarının himayəsi altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]