Azərbaycanda tur rəhbəri səfərdə qəfil öldü 24-11-2025, 11:29 Qubada turizm şirkətinin tur rəhbəri vəfat edib.Tribuna “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə noyabrın 23-ü saat 16 radələrində Qırızdəhnə kəndinin ərazisində baş verib.“Eko” turizmdə tur rəhbəri işləyən 1974-cü il təvəllüdlü Bakı sakini Emil Rəhimoviç Tahirov səfər zamanı qəfil vəfat edib.Onun infarktdan öldüyü bildirilib.Araşdırma aparılır. Facebook-da paylaş