Braziliyada zooparkda faciə: Aslan gənc oğlanı parçalayıb VİDEO

1-12-2025, 15:17           
Braziliyada zooparkda faciə:
Braziliya zooparklarının birində dişi aslan 19 yaşlı oğlanı parçalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı yerli G1 xəbər portalı yayıb.

Məlumata görə, faciə Braziliyanın şimal-şərqindəki Juan-Pessoa şəhərində baş verib. Yerli sakin altımetrlik hasardan aşaraq vəhşi heyvanın olduğu yerə girib.

Gənc braziliyalı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Ölən adamın şəxsiyyəti müəyyən edilib. Onun psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir. Şəhər rəhbərliyi həlak olanın ailəsinə və yaxınlarına başsağlığı verib.

Zoopark hüquq-mühafizə orqanları araşdırmanı başa çatdırana qədər bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]