Charles və Diananın toyundakı nadir şampan hərraca çıxarılır - FOTO

3-12-2025, 16:24           
Charles və Diananın toyundakı nadir şampan hərraca çıxarılır - FOTO
1981-ci ildə Kral III Charles və Şahzadə Diana­nın toyuna xüsusi hazırlanmış cəmi 12 magnum “Dom Perignon 1961” şüşəsindən biri bu ay Danimarkada hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, "Bruun Rasmussen" hərrac evinin məlumatına görə, şüşə 500-600 min Danimarka kronuna (təxminən 78–93 min ABŞ dolları) satıla bilər.

Hərrac evinin eksperti bildirib ki, şampan hələ də içilə bilən vəziyyətdədir və şüşə satışa çıxarılmadan əvvəl tam yoxlanılıb.

Nadir şüşənin sahibi kimliyinin açıqlanmasını istəməyən kolleksiyaçıdır. Qeyd edək ki, bu şampan illər əvvəl fərqli hərraclarda həm alıcı tapmadığı, həm də 12 min dollara satıldığı hallar yaşanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]