Son Hın Mini şantaj edən qadın həbsə atıldı

9-12-2025, 16:24           
Son Hın Mini şantaj edən qadın həbsə atıldı
Seul məhkəməsi Cənubi Koreya yığmasının kapitanı Son Hın Mini şantaj edən qadını dörd il həbs cəzasına məhkum edib.

BBC-nin verdiyi xəbərə görə, istintaq müəyyən edib ki, qadın futbolçuya guya ondan hamilə olduğunu bildirib.

O, hamiləliyini açıqlamaqla hədələyərək, Son Hın Minə 300 milyon von (təxminən 200 min dollar) ödətməyə nail olub və həmin pulu zinət əşyalar, brend məhsullar almağa xərcləyib.

Qadının futbolçunu azı 15 dəfə hədələyən şəriki də olub. O, şantaja cəhdə görə iki il həbs cəzası alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]