Tovuzda xəstəxanada dava - Tibb bacısı DÖYÜLDÜ

10-12-2025, 00:09           
Tovuzda xəstəxanada dava - Tibb bacısı DÖYÜLDÜ
Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında dava olub.

Oxu.Az xəbər verir ki, hadisə tibb bacıları arasında növbə dəyişərkən baş verib. Xəstəxananın tibb bacısı Elnurə Məmədova iş yoldaşı Mahirə Abdiyeva ilə mübahisə edib. Mübahisə zamanı Elnurə Mahirəni vuraraq ona xəsarətlər yetirib. Həmin vaxt Mahirə Abdiyeva da Elnurəyə zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edərək məhkəməyə göndəriblər.

Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə tibb bacıları arasında barışıq elan olunub. Məhkəmə işə xitam verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]